Bərdədə kütləvi dava olub, xəsarət alanlar var - FOTO - VİDEO

Bərdədə kütləvi dava olub, xəsarət alanlar var - FOTO - VİDEO Bərdə. 16 dekabr. REPORT.AZ/ Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.
Hadisə
16 Dekabr , 2018 20:09
Bərdədə kütləvi dava olub, xəsarət alanlar var - FOTO - VİDEO
Foto: "Report"

Bərdə. 16 dekabr. REPORT.AZ/ Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən kütləvi dava olub.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Kələntərli kəndində qeydə alınıb.

İki qonşu arasında torpaq üstündə baş verən kütləvi dava zamanı 3 nəfər - 38 yaşlı Cəfərov Elsəvər Qıyas oğlu, 1976-cı il təvəllüdlü Quliyeva İlhamə Qurban qızı1985-ci il təvəllüdlü Cəfərquliyev Xəyyam Qurban oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya Şöbəsinə yerləşdirilib. Onların hər üçünün vəziyyəti orta ağırdır.

Fakt bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.

Xatırladaq ki, bir neçə gün əvvəl də Bərdədə kütləvi dava olub, 4 nəfər bıçaqlanıb.

Son xəbərlər

Orphus sistemi