Bərdədə kütləvi dava: 5 yaralı

Bərdədə kütləvi dava: 5 yaralı Dava nətcəsində 1 nəfər bıçaqlanıb, 4 nəfər isə ağır bədən xəsarətləri alıb
Hadisə
30 Avqust , 2015 00:08
Bərdədə kütləvi dava: 5 yaralı

Bakı. 30 avqust. REPORT.AZ/ Bərdə rayonunda gənclər arasında kütləvi dava baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Ceyirli kəndinin ərazisində qeydə alınıb. Təxminən 15 nəfər gəncin iştirak etdiyi dava nətcəsində 1 nəfər bıçaqlanıb, 4 nəfər isə ağır bədən xəsarətləri alıb.

Bıçaq yarası alan Asiman Kamranlı adlı gənc xəstəxanaya çatdırılıb. Onu bıçaqlamaqda şübhəli bilinən Seymur Həsənov adlı şəxs artıq saxlanılıb.

Polis faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi