Bərdədə körpə ana bətnində ölüb

Bərdədə körpə ana bətnində ölüb Bərdə rayonunda körpə ana bətnində ölüb.
Hadisə
22 Aprel , 2019 17:33
Bərdədə körpə ana bətnində ölüb

Bərdə rayonunda körpə ana bətnində ölüb.

Report"un Qarabağ mərkəzinin məlumatına görə, rayonun Muğanlı kənd sakini, 1979-cu il təvəllüdlü Vüsalə Novruz qızı Bəşirova vaxtından əvvəl cərrahiyyə doğuşu diaqnozu ilə Bərdə Rayon Doğum Evinə daxil olub. 

Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsinin müdiri Tünzalə Quliyeva "Report"a bildirib ki, V.Bəşirova beşinci hamiləliyi ilə tibb ocağına qəbul edilib. Əvvəlcə qadın müayinə edilib və 34-35 həftəlik olan uşağın ürək döyüntülərinin olmadığı, ana bətnində öldüyü müəyyənləşib. Nəticədə əməliyyatla ölü uşaq ana bətnindən götürülüb. 

Şöbə müdiri deyib ki, qadın 5 dəfə hamiləlik dövrü yaşasa da, yalnız bir uşağı var: "Onun digər hamiləlik dövründə də uşaqları ana bətnində ölüb. Eyni zamanda qadın hamilə kimi xəstəxananın doğum məsləhətxanasında qeydiyyatdan keçməyib. Həkim müayinəsi və müalicəsi aparılmayıb".

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi