Bərdədə komitə sədrinin oğlunun avtomobilini qaçıran şəxslər qəzaya düşərək ölüblər - FOTO - YENİLƏNİB

Bərdədə komitə sədrinin oğlunun avtomobilini qaçıran şəxslər qəzaya düşərək ölüblər - FOTO - YENİLƏNİB Hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb
Hadisə
15 Fevral , 2018 01:24
Bərdədə komitə sədrinin oğlunun avtomobilini qaçıran şəxslər qəzaya düşərək ölüblər - FOTO - YENİLƏNİB
Report

Bərdə. 15 fevral. REPORT.AZ/ Bərdə rayonunda Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon şöbəsi sədrinin oğlu İlham Zeynalovun avtomobilini qaçıraraq qəza törədən və hadisə zamanı ölən şəxslərin adı məlum olub. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, avtomobili Bərdə rayon sakinləri, 1992-ci il təvəllüdlü Alim Əsədov və onun dostu 1993-cü il təvəllüdlü Eltac Kərimzadə qaçırıblar. Avtomobili qaçıran şəxslər qəza törədib və hər iki şəxs hadisə zamanı ölüb. 


***00:56

Bərdə. 15 fevral. REPORT.AZ/ Bərdə rayonunda iki nəfərin ölümü ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

İrigövdəli ağaca çırpılan "90-HS-317" dövlət qeydiyyat nişanlı "VAZ-2107" markalı avtomobildə sürücü və sərnişin ölüb. Onların şəxsiyyəti hələlik məlum deyil.

Qəzada ölən şəxslər avtomobili Bakı küçəsində yerləşən çay evlərindən birinin qarşısından qaçırıblar. Nəqliyyat vasitəsi rayon sakini İlham Zeynalova məxsusdur. İ. Zeynalov isə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Bərdə rayon şöbəsi sədrinin oğludur.

Faktla bağlı rayon polisində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi