Bərdə. 11 dekabr. REPORT.AZ/ Bərdə rayonunda tapılan naməlum kişi meyitinin şəxsiyyəti məlum olub.
"Report"un Qarabağ bürosunun məlumatına görə, su kanalının kənarından tapılan meyitin Bərdə rayon sakini, 1964-cü il təvəllüdlü Əhmədov Fəxrədin Ərşad oğlu olduğu məlum olub.
İlkin məlumta görə, o, sərxoş halda su kanalına düşərək boğulub.
***15:58
Bərdə rayonunda şəxsiyyəti məlum olmayan kişi meyiti tapılıb.
"Report"un Qarabağ bürosunun məlumatına görə, meyit rayonun Lək kəndi ərazisində, Qarabağ su kanalının ətrafından aşkarlanıb.
Üzərində heç bir zorakılıq əlaməti olmayan meyiti ərazidə yaşayan yerli sakinlər tapıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları meyitə baxış keçirib. Hazırda meyiti tapılan şəxsin kimliyinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.