Bərdədə kişi övladlarına ağır xəsarət yetirib, arvadını və özünü öldürüb - TƏFƏRRÜAT - YENİLƏNİB

Bərdədə kişi övladlarına ağır xəsarət yetirib, arvadını və özünü öldürüb - TƏFƏRRÜAT - YENİLƏNİB 14 və 18 yaşlı yaralıların vəziyyəti ağırdır
Hadisə
24 İyul , 2017 10:37
Bərdədə kişi övladlarına ağır xəsarət yetirib, arvadını və özünü öldürüb - TƏFƏRRÜAT - YENİLƏNİB

Bərdə. 24 iyul. REPORT.AZ/ Bərdə rayonunda baş verən dəhşətli qətlin təfərrüatı məlum olub.

“Report”un bölgə müxbirinin xəbərinə görə, hadisə rayonun Hacalı kəndi ərazisində baş verib.

Belə ki, həmin kəndin sakini 1968-ci il təvəllüdlü Saday Əliyev ailə münaqişəsi zəminində həyat yoldaşı 1973-cü il təvəllüdlü Gülbəniz Əliyevanı ağır çəkiclə vuraraq öldürüb. Daha sonra iki övladına ağır xəsarət yetirən S.Əliyev özünü də öldürüb. 

Onun övladları 18 yaşlı Məleykə Əliyeva və 14 yaşlı Murad Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.


***10:27

Bakı. 24 iyul. REPORT.AZ/ Bərdə rayonunda dəhşətli qətl hadisəsi baş verib.

“Report”un xəbərinə görə, rayon sakini 1968-ci il təvəllüdlü Saday Əliyev arvadı və iki övladını yatan yerdə ağır çəkiclə (“Kuvald”) vurub.

Nəticədə S.Əliyevin arvadı 1973-cü il təvəllüdlü Gülbəniz Əliyeva ölüb. Onun övladları 18 yaşlı Məleykə Əliyeva və 14 yaşlı Murad Əliyev xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi