Bərdədə kişi ağacdan yıxılaraq ölüb - YENİLƏNİB

Bərdədə kişi ağacdan yıxılaraq ölüb - YENİLƏNİB Bərdə rayonunun Aloaut kəndində ağacda dudama işləri aparan zaman yıxılaraq ölən kişinin şəxsiyyəti məlum olub.
Hadisə
24 Oktyabr , 2019 10:40
Bərdədə kişi ağacdan yıxılaraq ölüb -  YENİLƏNİB

Bərdə rayonunun Aloaut kəndində ağacda dudama işləri aparan zaman yıxılaraq ölən kişinin şəxsiyyəti məlum olub. 

"Report"un Qarabağ mərkəzinin məlumatına görə, həmin kəndin sakini, 1983-cü il təvəllüdlü Səbuhi Məmmədov ağacda budama işləri apararkən yıxılıb. Ağır xəsarət alan S.Məmmədov Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. Onun meyiti müayinə olunması üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Bərdə rayon şöbəsinə yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


*** 09:26

Bərdə rayonunda bədbəxt hadisə baş verib.

"Report"un Qarabağ mərkəzinin məlumatına görə, hadisə rayonun Alpout kəndində qeydə alınıb. 

Belə ki, hələlik şəxsiyyəti məlum olmayan kənd sakini iri gövdəli ağaca çıxaraq ağcda budama işləri aparmağa başlayıb. 

Hadisə şahidlərinin sözlərinə görə əlində balta ilə ağaca çıxan orta yaşlı kişi səhvən ağacın üstündə durduğu budağını kəsib.Şahidlər bildiriblər ki, hündürlükdən yerə yıxılan kişinin bşına ağcın budağına sancılmış baltası düşüb. O, aldığı xəsarətlərdən hadisə yerində ölüb. 

Son xəbərlər

Orphus sistemi