Bərdə sakininin avtomobili qaçırılıb.
Bu barədə "Report"a
Belə ki, Bərdə Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini V.Əliyev yanvarın 9-da saat 21 radələrində “Mercedes” markalı avtomobilinin Ü.Hacıbəyov küçəsindən qaçırıldığını bildirib.
Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Kələntərli kənd sakini, əvvəllər məhkum olunan E.Qasımov həmin gün şəhər ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.