Bərdədə karantin rejimini pozan şəxslər cərimələndi

Bərdədə karantin rejimini pozan şəxslər cərimələndi Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində karantin qaydalarını pozaraq Ağcabədi rayonundan Bərdə rayonunun ərazisinə keçən şəxslər aşkar edilib.
Hadisə
24 İyul , 2020 14:00
Bərdədə karantin rejimini pozan şəxslər cərimələndi

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində karantin qaydalarını pozaraq Ağcabədi rayonundan Bərdə rayonunun ərazisinə keçən şəxslər aşkar edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşlarının bu istiqamətdə keçirdiyi tədbirlər nəticəsində Ağcabədi rayon sakini S.Səfərov idarə etdiyi avtomaşınla kənd yolları ilə Bərdə rayonu ərazisinə keçərkən sərnişinləri - M. Quliyev İ.Heydərovla ilə birgə saxlanılıb.

Saxlanılan hər üç şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və onlara ciddi xəbərdarlıq edilib.

Son xəbərlər

Orphus sistemi