​Bərdədə iki uşaq anasının ölümünə səbəb olan sürücü yaxalanıb

​Bərdədə iki uşaq anasının ölümünə səbəb olan sürücü yaxalanıb Saxlanılan şəsx rayon sakini Raqif Məmmədovdur
Hadisə
27 Mart , 2016 14:03
​Bərdədə iki uşaq anasının ölümünə səbəb olan sürücü yaxalanıb

Bakı. 27 mart. REPORT.AZ/ Ötən gün Bərdənin Gərənə kəndində iki uşaq anasını vuraraq hadisə yerindən qaçan sürücü polis əməkdaşları tərəfindən yaxalanıb.

"Report"un məlumatına görə, rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində "Mercedes" markalı avtomobilin sürücüsü, Bərdə rayon sakini Raquf Məmmədov tutularaq istintaqa cəlb edilib.

Hadisə rayonun məcburi köçkünlər məskunlaşan qəsəbəsində baş verib. "Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən Ağdam rayon Novruzlu kənd sakini Aynur Məmmədovanı vurub. Qadın hadisə yerində keçinib. Qəzadan sonra sürücü hadisə yerindən qaçıb.

Son xəbərlər

Orphus sistemi