Bərdədə iki qardaşdan hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıblar

Bərdədə iki qardaşdan hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıblar Bakı. 4 aprel. REPORT.AZ/ Bərdə rayonunda iki nəfərdən hədə-qorxu gələrək pul tələb etməkdə şübhəli bilinən şəxslər tutulublar.
Hadisə
4 Aprel , 2018 12:21
Bərdədə iki qardaşdan hədə-qorxu ilə pul tələb edən şəxslər saxlanılıblar

Bakı. 4 aprel. REPORT.AZ/ Bərdə rayonunda iki nəfərdən hədə-qorxu gələrək pul tələb etməkdə şübhəli bilinən şəxslər tutulublar. 

"Report" Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aprelin 2-də Fərhad Məmmədova və qardaşı Ədalətə hədə-qorxu gəlib 9000 manat tələb etməkdə şübhəli bilinən rayon sakini Nursani Hüsiyev və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Elnur Quliyev saxlanılıb.

Şəxsi axtarış zamanı N.Hüsiyevdən 6,32 qram heroin və 3,18 qram marixuana, E.Quliyevdən 5,98 qram heroin götürülüb.

Son xəbərlər

Orphus sistemi