Bərdədə iki minik avtomobili toqquşub, 1 nəfər yaralanıb

Bərdədə iki minik avtomobili toqquşub, 1 nəfər yaralanıb Hadisəyə bir maşının digərinin hərəkət zolağına çıxması səbəb olub
Hadisə
7 noyabr 2017 20:49
Bərdədə iki minik avtomobili toqquşub, 1 nəfər yaralanıb

Bərdə. 8 noyabr. REPORT.AZ/ Bərdə şəhərinin Mirzə Ələkbər Sabir küçəsində  1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, qəza "Mercedes" və "VAZ-2107" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, hadisəyə "Mercedes"in yol kəsişməsində digər avtomobilin hərəkət zolağına çıxması səbəb olub. Nəticədə hər iki maşına ciddi ziyan dəyib. "VAZ"ın sürücüsü müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi