Bərdədə iki avtomobil toqquşdu, qadın sərnişin öldü

Bərdədə iki avtomobil toqquşdu, qadın sərnişin öldü Bərdə rayonunun Alpoud kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
8 Fevral , 2020 12:44
Bərdədə iki avtomobil toqquşdu, qadın sərnişin öldü

Bərdə rayonunun Alpoud kəndi ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən “Report”a verilən məlumata görə, hadisə fevralın 7-də saat 9 radələrində qeydə alınıb.

Bərdə rayonunun Alpoud kəndinin ərazisində rayon sakini R.Qasımovun və Mingəçevir şəhər sakini N.Fərəcovun idarə etdikləri “VAZ” markalı 2 avtomobil toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş R.Qasımovun sərnişini, həmyerlisi Adilə Əzizova orada ölüb.

Son xəbərlər

Orphus sistemi