Yuxarı
    Bağlamaq

    ​Bərdədə içkili qadını maşın vuraraq öldürüb

    46 yaşlı Sevgili Atilxanov hadisə yerində keçinib

    Bakı. 25 noyabr. REPORT.AZ/ Bərdədə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    "Report" xəbər verir ki, hadisə şəhərin Koroğlu küçəsində qeydə alınıb.

    Qəza "Ford" markalı minik avtomobilinin yolu keçmək istəyən 1969-cu il təvəllüdlü Atilxanov Sevgili Bayram qızını vurub. 46 yaşlı qadın hadisə yerində keçinib.

    Faktla bağlı rayon polisində araşdırma aparılır.

    Bərdə Rayon Mərkəzi Xəstəxanasından bildirildiyinə görə, qadın yüngül həyat tərzi sürüb və hadisə baş verən zaman içkili olub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi