Bərdədə həmyerlisini bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatıb

Bərdədə həmyerlisini bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatıb Bakı. 5 mart. REPORT.AZ/ Bərdə rayonunda həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Dağbəyi Əhmədlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
5 Mart , 2019 09:21
Bərdədə həmyerlisini bıçaqlayan şəxsin ibtidai istintaqı başa çatıb

Bakı. 5 mart. REPORT.AZ/ Bərdə rayonunda həmyerlisini bıçaqlamaqda təqsirləndirilən Dağbəyi Əhmədlinin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, onun barəsində toplanan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Natiq Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.

Qeyd edək ki, hadisə ötən ilin yayında Bərdə rayonunda qeydə alınıb. Bərdə şəhər sakini Əhmədli Dağbəyi Yaşar oğlu rayonun Qarabağ qəsəbəsində yaşayan Səfərov Rəsul Ruslan oğlu ilə şəxsi münaqişə zəminində mübahisə edib.

Mübahisə nəticəsində D.Əhmədli üzərində gəzdirdiyi bıçaqla R.Səfərova çoxsaylı bıçaq xəsarətləri yetirib.

Yaralı dərhal xəstəxanaya yerləşdirilib, onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı Bərdə rayon polis şöbəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb və D.Əhmədli şübhəli şəxs qismində tutulub.

Son xəbərlər

Orphus sistemi