Bərdədə həmkəndlisini qətlə yetirən şəxsə hökm oxunub

Bərdədə həmkəndlisini qətlə yetirən şəxsə hökm oxunub Bərdə rayonunda qətl törətməkdə təqsirləndirilən Asəf Cabbarova hökm oxunub və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə
18 Yanvar , 2022 13:44
Bərdədə həmkəndlisini qətlə yetirən şəxsə hökm oxunub

Bərdə rayonunda qətl törətməkdə təqsirləndirilən Asəf Cabbarova hökm oxunub və o, 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Report"un xəbərinə görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Nural əliyevin sədrliyi ilə keçirilən prosesdə

Qeyd edək ki, hadisə 2021-ci il iyulun 27-i saat 2 radələrində Bərdə rayonu, Dəymədağıldı kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1991-ci il təvəllüdlü A.Cabbarov həmkəndlisi, 1986-cı il təvəllüdlü Elçin Mehdiyevi yaşadığı evin həyətində şəxsi münasibətlər zəminində aralarında yaranan mübahisə zamanı dəmir küt alət və bıçaqla qətlə yetirib.

A.Cabbarov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən A.Cabbarovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi