Bərdədə güclü külək bir sıra fəsadlar törədib - FOTO

Bərdədə güclü külək bir sıra fəsadlar törədib - FOTO Rabitə və elektrik dirəkləri aşıb, ağaclar kökündən qopub
Hadisə
19 Aprel , 2017 21:08
Bərdədə güclü külək bir sıra fəsadlar törədib - FOTO

Bərdə. 19 aprel. REPORT.AZ/ Bərdə rayonunda güclü külək bir sıra fəsadlar törədib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, bu gün səhər saatlarından başlayan külək rayonun Nizami küçəsi, 149 ünvanında yerləşən beşmərtəbəli binanın dəmir konstruksiyadan ibarət dam örtüyünün bir hissəsini uçurub.

Hadisə baş verən zaman ərazidə azyaşlı uşaqlar olsa da, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Bərdə rayon Mənzil Təmir İstismar Sahəsinin rəis müavini İldırım Quliyev "Report"a bildirib ki, yaranmış vəziyyətlə bağlı icra hakimiyyəti tərəfindən komissiya yaradılıb:

"Binanın dam örtüyü dəymiş ziyanın miqyası hesablanaraq yenidən bərpa ediləcək".

Bundan əlavə, güclü külək rayonun ucqar kəndlərində rabitə və elektrik dirəklərini aşırıb, irigövdəli ağacları kökündən qoparıb. Hadisə baş verən kəndlərdə elektrik enerjisinin verilişində uzun müddətli fasilələr yaranıb. Günün ikinci yarısında kəndlərə enerjinin verilişi bərpa edilib.

Son xəbərlər

Orphus sistemi