Bakı. 13 fevral. REPORT.AZ/ Bərdə rayonunda yanğın baş verib.
“Report” Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, rayonun Alaçadırlı kəndi (rayon mərkəzindən 6 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 24 kv.m olan birmərtəbəli, 1 otaqlı fərdi yaşayış evinin və ona bitişik olan taxta konstruksiyadan ibarət ümumi sahəsi 24 kv.m olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.