Yuxarı

Bərdədə F-1 əl qumbarası aşkarlanıb - FOTO

​Bərdədə F-1 əl qumbarası aşkarlanıb

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Bərdə şəhəri, "Kərpic zavodu" adlanan ərazidə 2 ədəd əl qumbarasının tapılması barədə məlumatlar daxil olub.

ANAMA-dan "Report"a verilən məlumata görə, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu, Daxili İşlər Nazirliyinin Bərdə Rayon Polis Şöbəsinin və mərkəzi xəstəxananın əməkdaşları əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən birlikdə əraziyə baxış keçirilib. Təhlükəsizliyi təmin etmək məqsədilə ərazi polislər tərəfindən mühasirəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 2 ədəd boş vəziyyətdə F-1 əl qumbarası aşkarlanıb, götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Əl qumbaralarının ətrafında 30 kv.m əraziyə yerüstü baxış keçirilib, heç bir təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi