Bərdədə evləri su basıb

Bərdədə evləri su basıb Bərdə. 31 mart. REPORT.AZ/ Bərdə rayonunda leysan yağışı bir sıra fəsadlar törədib.
Hadisə
31 Mart , 2018 15:22
Bərdədə evləri su basıb

Bərdə. 31 mart. REPORT.AZ/ Bərdə rayonunda leysan yağışı bir sıra fəsadlar törədib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, ötən gün yağan yağış yollarla bərabər, yaşayış məntəqələrində də acınacaqlı vəziyyət yaradıb.

Şəhərin mərkəzi küçələrində yığılıb qalan, həyətlərə dolan yağış suları sakinlər üçün çətinliklər yaradıb, bəzi evləri su basıb.

Yağış küçələrdə gölməçələr əmələ gətirib. Rayonun mərkəzi küçələri və avtomobil yolları su içində qalıb.

Son xəbərlər

Orphus sistemi