Bərdədə evdən qızıl əşyalar oğurlayan şəxs tutulub - FOTO

Bərdədə evdən qızıl əşyalar oğurlayan şəxs tutulub - FOTO Faktla bağlı cinayət işi açılıb
Hadisə
26 Aprel , 2017 11:47
Bərdədə evdən qızıl əşyalar oğurlayan şəxs tutulub - FOTO
Report.az

Bərdə. 26 aprel. REPORT.AZ/ Qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs  tutulub.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə Bərdə rayonunda qeydə alınıb.

Məlumata görə, rayon sakini Kəmalə Xanlarova aprelin 24-də polisə müraciət edərək bildirib ki, axşam saatlarında naməlum şəxs yaşadığı evdən külli miqdarda qızıl-zinət əşyaları və telefon oğrulayıb.

Rayon polis şöbəsi əməkdaşlarının həyata kecirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən 17 yaşlı rayon sakini Xanlarov Atabəy Elçin oğlu tutulub. Məlum olub ki, Atabəy Xanlarov oğurladığı qızıl-zinət əşyalarının bir hissəsini Yevlax şəhərində satıb.

Aparılan araşdırma zamanı oğurlanan qızıllar, telefon və satışdan əldə edilən pullar, oğurluqda istifadə edilən əşyalar maddi sübut kimi götürülüb.

Hazırda A.Xanlarovun digər oğurluq hadisələrində əlinin olub-olmadığı araşdırılır.

Faktla bağlı cinayət işi açılıb, istintaq araşdırmaları davam etdirilir.

Son xəbərlər

Orphus sistemi