Bərdədə evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

Bərdədə evdən pul və qızıl-zinət əşyaları oğurlanıb Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Səadət Nadirova saxlanılıb
Hadisə
17 Fevral , 2021 10:57
Bərdədə evdən pul və qızıl-zinət əşyaları oğurlanıb

Bərdə rayon sakini E.Vəliyev fevral ayının 4-də Yeni Əyricə kəndində yerləşən özünə məxsus evdən xeyli sayda qızıl-zinət əşyalarının və 300 ABŞ dolları pulunun oğurlanması barədə Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, müraciətlə əlaqədar olaraq Bərdə RPŞ-nin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib.

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Yevlax şəhər sakini Səadət Nadirova saxlanılıb.

Oğurlanmış 4 ədəd qızıl üzük, 2 cüt qızıl sırğa, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl saat və 1 ədəd qızıl lirə maddi sübut kimi götürülüb. Dindirilmə zamanı S.Nadirova törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi