Bərdədə evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb - FOTO

Bərdədə evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb - FOTO Faktla bağlı araşdırmalar davam etdirilir
Hadisə
1 Dekabr , 2016 10:30
Bərdədə evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlanıb - FOTO

Bərdə. 1 dekabr. REPORT.AZ/ Bərdə rayonunda oğurluq baş verib. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Pişəvəri küçəsində yaşayan Ramil Ələkbərova məxsus evdə qeydə alınıb.

Belə ki, naməlum şəxs gecə saatlarında evə pəncərədən girib və oradan külli miqdarda qızıl-zinət əşyalarını oğurlayıb.

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri zamanı oğurluqda şübhəli bilinən, rayon sakini 25 yaşlı Kənan Rafael oğlu Qasımzadə saxlanılıb.

Araşdırmalar zamanı məlum olub ki, K.Qasımzadə R.Ələkbərovun mənzilindən oğurladığı 100 qrama yaxın qızıl-zinət əşyalarını qızıl alqı-satqısı ilə məşğul olan Arif Əmrahova 2 300 manata satıb. Oğurlanan qızıllar maddi sübut kimi geri götürülüb.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi