Yuxarı

Bərdədə evdən külli miqdarda narkotik və silah-sursat götürülüb - VİDEO - YENİLƏNİB-2

Video əlavə olunub


***20:47

Video əlavə olunub


***19:58

Bərdə. 22 fevral. REPORT.AZ/ Bərdə rayonunda evdən külli miqdarda narkotik və silah-sursat aşkar edilərək götürülüb.

Bu barədə "Report"un Qarabağ bürosuna Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Bərdə regional qrupundan məlumat verilib. 

Belə ki, Bərdə rayon Polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarışları tədbirləri nəticəsində rayon sakini Salman Salmanzadə heroin satarkən saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilərkən oradan 4 ədəd sellofan bükümdə, ümumi çəkisi 170.49 qram olan heroin, 1 ədəd selofan bükümdə 11.01 qram tiryək, 77.33 qram metamfetamin, 18 ədəd metadon və 10 ədəd tramadol həbləri, 3 ədəd kibrit qutusunda, çəkisi 19.79 qram olan marixuana, 63 ədəd çətənə kolunun toxumları, 1 ədəd ampulada, çəkisi 2.24 qram olan kalsium permanqanat maddəsi aşkar edilərək götürülüb. Həmçinin S.Salmanzadəyə məxsus evdən qanunsuz olaraq saxladığı 1 ədəd "İJ-16" markalı qoşalüləli ov tüfəngi, 1 ədəd qundağı və lüləsi kəsilmiş 16 kalibrli tüfəng, 15 ədəd ov tüfənginə məxsus, 2 ədəd isə 7.62 kalibrli avtomat patronları, eləcə də 7 ədəd müxtəlif növ mobil telefonlar, 201 manat dəyərində saxta pul əskinasları, həmçinin 1 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi