Bərdədə ev sahibinə 4000 manatlıq ziyan vuran oğru tutulub

Bərdədə ev sahibinə 4000 manatlıq ziyan vuran oğru tutulub Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində oğurluq əməlləri törədərək saxlanılan şəxsin daha bir cinayət əməlinin də üstü açılıb.
Hadisə
213
24 İyul , 2021 12:53
Bərdədə ev sahibinə 4000 manatlıq ziyan vuran oğru tutulub

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlər nəticəsində oğurluq əməlləri törədərək saxlanılan şəxsin daha bir cinayət əməlinin də üstü açılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlləri törətməkdə şübhəli bilinərək saxlanılan, əvvəllər dəfələrlə məhkumluq həyatı yaşayan Namiq Quliyevin daha bir evdən oğurluq etdiyi də aşkar edilib.

N.Quliyevin ətrafında davam etdirilən araşdırmalarla onun həmin evdən televizor, kombi, su motoru və digər əşyalar oğurlamaqla vətəndaşa 4000 manata yaxın ziyan vurduğu müəyyən edilib.

Faktla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi