Bərdədə dostlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib

Bərdədə dostlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib Hadisə rayonun Gərənə kəndində baş verib
Hadisə
7 Noyabr , 2016 22:02
Bərdədə dostlar arasında mübahisə bıçaqlanma ilə nəticələnib

Bərdə. 7 noyabr. REPORT.AZ/ Bərdə rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, rayonun Gərənə kəndində iki gənc arasında düşən mübahisə sonda bıçaqlanma ilə nəticələnib.

Kənd sakini 26 yaşlı Elvin Məmmədli həmkəndlisi 27 yaşlı Əlvan Namazovla dalaşıb. Dava zamanı üz nahiyəsindən xəsarətlər alan Əlvan Namazov Elvin Məmmədlinin sol döş qəfəsindən bıçaq zərbəsi endirib. Hər iki yaralı Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onların hər ikisinin vəziyəti kafidir.

Fakla bağlı Bərdə polisində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi