Bərdədə COVID-19 xəstəsi avtomobili ilə hərəkətdə olan zaman saxlanıldı

Bərdədə COVID-19 xəstəsi avtomobili ilə hərəkətdə olan zaman saxlanıldı Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.
Hadisə
16 Dekabr , 2020 11:14
Bərdədə COVID-19 xəstəsi avtomobili ilə hərəkətdə olan zaman saxlanıldı
0 : 00
0 : 00

Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən koronavirus pandemiyasının qarşısının alınması məqsədi ilə tədbirlər mütəmadi olaraq davam etdirilir.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, polis əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində koronavirus pandemiyasına yoluxmuş rayon sakini Z.Abdullayevin karantin qaydalarına zidd davranaraq yaşadığı ünvanı tərk etdiyi müəyyən edilib.

Həmin şəxs öz avtomobili ilə hərəkətdə olan zaman rayon ərazisində aşkar olunub və yaşadığı ünvana geri qaytarılıb.

Onunla profilaktiki mövzuda söhbətlər aparılaraq koronavirus pandemiyasının bəşəri bəla olduğunu, bütün dünyanın bu bəladan əziyyət çəkidyi deyilib.

Bərdə RPŞ-nin İstintaq Bölməsində araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi