Bərdədə cinayət törədən şəxslər saxlanılıb

Bərdədə cinayət törədən şəxslər saxlanılıb ​​​​​​​Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan oğurluq edən şəxslər saxlanılıb
Hadisə
134
14 Aprel , 2021 10:46
Bərdədə cinayət törədən şəxslər saxlanılıb

Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mağazadan oğurluq edən şəxslər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan "Report"a verilən məlumata görə, aprel ayının 12-də rayon ərazisindəki marketdən oğurluq edilməsi barədə Bərdə RPŞ-yə məlumat daxil olub.

Məlumatla əlaqədar olaraq həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən rayon sakinləri Aqil MaqsudovAdil Abdullayev saxlanılıb. Araşdırmalarla onların ərzaq məhsulları və nəğd pul oğurlamaqla 500 manatdan artıq ziyan vurduğu müəyyən edilib.

Daxil olmuş məlumat əsasında keçirilmiş digər tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs də saxlanılıb. Belə ki, Bərdə rayon sakini Vüsal Novruzovun şəhər ərazisində yeri müəyyən edilərək şübhəli qismində Polis Şöbəsinə gətirilib. Onun üzərində aparılan şəxsi axtarış zamanı güclü təsiredici xassəyə malik narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.

Qeyd edilən faktlarla bağlı Bərdə RPŞ-də araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi