Bərdədə canavarlar ev heyvanlarına hücum edib

Bərdədə canavarlar ev heyvanlarına hücum edib Ölmüş heyvanlardan nümunə götürülərək laboratoriyaya göndərilib
Hadisə
22 Aprel , 2015 11:23
Bərdədə canavarlar ev heyvanlarına hücum edib

Bakı. 22 aprel. REPORT.AZ/ Bərdə rayonunun Əyricə kəndində canavarlar xırdabuynuzlu heyvanlara hücum edib. “Report”un xəbərinə görə, kənd sakini Tariel Əhmədovun şəxsi təsərrüfatına gecə saatlarında hücum çəkən canavarlar 9 baş xırdabuynuzlu heyvanı öldürüb, bir neçəsini isə yaralayıb.

Təsərrüfat sahibi uzun illərdən bəri ilk dəfədir ki, kənddə belə bir hadisənin baş verdiyini deyib.

Rayon Baytarlıq İdarəsinin əməkdaşları hadisə yerinə gedib, ölmüş heyvanlardan nümunə götürülərək laboratoriyaya göndərilib. Yaralı heyvanlara isə köməklik göstərilib.

Son xəbərlər

Orphus sistemi