Video əlavə olunub
***13:21
Bərdə rayonunda baş vermiş ağır yol qəzasında xəsarət alanların şəxsiyyəti məlum olub.
"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə zamanı Bərdə rayon sakinləri - Ramazanov Sərxan Əlikram oğlu, Qurbanov Elnur Dəmir oğlu, Suleymanova Tahirə Məhyəddin qızı, Məmmədov Elman Əjdər oğlu, İsmaylova Zəminə Səməd qızı, İsmaylov Xankişi Elçin oğlu və daha bir nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
***12:45
Bərdə rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Lək kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Lada" markalı iki minik avtomobili toqquşub. Nəticədə hər iki avtomobilin sürücüləri də daxil olmaqla, 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti hələlik müəyyənləşməyib
Faktla bağlı araşdırma aparılır.


