Bərdədə banka məxsus inkassator maşını aşıb

Bərdədə banka məxsus inkassator maşını aşıb Qəza zamanı bir nəfər xəsarət alıb
Hadisə
22 May , 2017 23:28
Bərdədə banka məxsus inkassator maşını aşıb

Bərdə. 22 may. REPORT.AZ/ Bərdədə bir nəfərin yüngül xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, qəza rayonun Bakı küçəsi ilə hərəkətdə olan "Kamaz" və "Niva" markalı avtomobillərin toqquşması nəticəsində qeydə alınıb.

Nəticədə "Niva" yoldan çıxaraq aşıb. Hadisə zamanı yük maşınının sürücüsü yüngül xəsarət alıb.

"Niva" markalı minik maşını "Zamin bank"a məxsus inkassator olub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi