Bərdədə azyaşlını maşın vurub

Bərdədə azyaşlını maşın vurub Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir
Hadisə
28 Avqust , 2016 17:27
Bərdədə azyaşlını maşın vurub

Bakı. 28 avqust. REPORT.AZ/ Bərdə rayonunda azyaşlının xəsarət alması ilə nəticələnmiş yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Qaradəmirçi kəndi ərazisində qeydə alınıb. Belə ki, "Mitsubishi" markalı avtomobil yolu keçmək istəyən və şəxsiyyəti hələlik müəyyənləşdirilməyən azyaşlını vurub.

Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılaraq əməliyyat olunub.

Həkimlər onun vəziyyətini orta ağır qiymətləndirir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi