Bakı. 27 oktyabr. REPORT.AZ/ Bərdədə yeddi yaşlı Laçın rayon sakini Xəlilzadə Elsevər Təbrik oğlu təhsil aldığı məktəbdən çıxsa da evə qayıdmayıb.
"Report" xəbər verir ki, Bərdə şəhər 3 sayılı orta məktəbinin birinci sinif şagirdinin axtarışı polis əməkdaşlarının da aktiv iştirakı ilə davam etdirilir.