Bakı. 2 avqust. REPORT.AZ/ Bərdə rayonunda yanğın hadisəsi baş verib.
"Report"un məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi xəbər yayıb. Nazirliyin verdiyi məlumata görə, Bərdə rayonunda "Azərişıq" ASC-yə məxsus gücü 63 kVt olan transformatorun sayğacı və giriş kabelləri 2 p.m yanıb.
Transformatorun qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 23:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.