Yuxarı

Bərdədə avtomobilin kanala aşması nəticəsində suda boğulan uşaqlardan birinin meyiti tapılıb - YENİLƏNİB

Bərdədə avtomobilin kanala aşması nəticəsində suda boğulan uşaqlardan birinin meyiti tapılıb - YENİLƏNİB
Digər uşağın axtarışları davam etdirilir

Bərdə. 26 avqust. REPORT.AZ/ Bərdə rayonunda avtomobilin kanala aşması nəticəsində suda boğulan uşaqlardan birinin meyiti tapılıb.

"Report"un Qarabağ bürosunun məlumatına görə, bu gün səhər saatlarında Bərdə rayonunun Bəcirəvan kənd sakini Abdullayev Akif Şahmalı oğlu idarə etdiyi "VAZ-21011" markalı avtomobili Yuxarı Qarabağ kanalına aşırıb. 

Onun özü sudan çıxıb. Qardaşının avtomobildə olan azyaşlı nəvələri Əsədov Asif Qulu oğlu və Əsədov Mirələm Qulu oğlu isə suda boğulub. 

Uşaqlardan birinin meyiti hadisənin baş verdiyi ərazidən təxminən 10 km aralıda - Yuxarı Qarabağ kanalının Ağcabədi rayonunun Təzəkənd kəndi ərazisindən keçən hissəsində aşkarlanıb. Digər uşağın axtarışları davam etdirilir. 

Kanala düşən avtomobilin yerini isə hələlik müəyyənləşdirmək mümkün olmayıb. 

FHN-in əməkdaşları axtarışları davam etdirir. 


***09:14

Bərdə. 26 avqust. REPORT.AZ/ Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Bəcirəvan kəndi yaxınlığında baş verib. 

Belə ki, həmin kəndin sakini Akif Şahmar oğlu Abdullayev idarə etdiyi "VAZ-21011" markalı avtomobillə hərəkətdə olan zaman idarəetməni itirib və maşını Yuxarı Qarabağ kanalına aşırıb. 

Avtomobildə iki yeniyetmənin boğulduğu bildirilir. 

Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri hadisə yerində axtaraşlara başlayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi