Bərdədə avtomobilin işıqforu qırmızıda keçməsi qəzaya səbəb olub - FOTO

Bərdədə avtomobilin işıqforu qırmızıda keçməsi qəzaya səbəb olub - FOTO Hadisə zamanı 1 nəfər xəsarət alıb
Hadisə
26 Oktyabr , 2017 00:38
Bərdədə avtomobilin işıqforu qırmızıda keçməsi qəzaya səbəb olub - FOTO
REPORT

Bərdə. 26 oktyabr. REPORT.AZ/ Bərdədə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ bürosu xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.

Qəza "Mercedes" və "Hundai" markalı avtomobillərin toqquşması nəticəsində baş verib. Hadisəyə "Hundai"nin işıqforun qırmızı işığında keçməsi səbəb olub. Qəzanı törədən sürücü xəsarət alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi