Bərdədə avtomobil yolu keçən qadını vurub

Bərdədə avtomobil yolu keçən qadını vurub Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
19 Oktyabr , 2019 19:40
Bərdədə avtomobil yolu keçən qadını vurub

Bərdə rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə Gərənə kəndində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili yolu keçən Bərdə rayon Cəyərli kənd sakini, 1963-cü il təvəllüdlü Hüseynova Şölə Haqverdi qızını vurub. Xəsarət alan Ş.Hüseynova Təcili Tibbi Yardım briqadasının koməkliyi ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralının vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi