Yuxarı

Bərdədə avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb

​Bərdədə avtomobil yoldan çıxaraq aşıb, sürücü xəsarət alıb

Bərdə rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

"Report"un Qarabağ Mərkəzinin verdiyi məlumata görə, hadisə rayonun Qasımbəyli kəndində qeydə alınıb.

Rayon sakini, 1996-cı il təvəllüdlü Süleymanov Hikmət Elmidar oğlu idarə etdiyi "Mercedes"markalı minik avtomobilini yol kənarına aşırıb. Hadisə nəticəsinə avtomobilin sürücüsü müxtəlif dərəcəli bədən xəsarəti alıb. Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər yaralıya sol aşağı ətrafın yer dəyişmiş açıq sınıgı diaqnozu qoyublar. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi