Bərdədə avtomobil qaçıran şəxs saxlanılıb

Bərdədə avtomobil qaçıran şəxs saxlanılıb Bərdə rayonunda avtomobil qaçıran şəxs saxlanılıb.
Hadisə
10 Oktyabr , 2019 12:01
Bərdədə avtomobil qaçıran şəxs saxlanılıb

Bərdə rayonunda avtomobil qaçıran şəxs saxlanılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Bərdə Rayon Polis Şöbəsinə müraciət edən şəhər sakini A.Əbilov “QAZ-3110” markalı avtomobilinin qaçırılmasını bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən həmyerlisi S.Paşazadə şəhər ərazisində avtomobillə birgə polis əməkdaşları tərəfindən saxlanılıb.

Araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi