Bərdədə avtomobil piyadanı vurub: sürücü qaçıb - YENİLƏNİB

Bərdədə avtomobil piyadanı vurub: sürücü qaçıb - YENİLƏNİB Qəzadan sonra sürücü hadisə yerindən qaçıb
Hadisə
26 Mart , 2016 19:00
Bərdədə avtomobil piyadanı vurub: sürücü qaçıb - YENİLƏNİB

Bakı. 26 mart. REPORT.AZ/ Bərdədə yol qəzasında ölən piyadanın kimliyi məlum olub. "Report" xəbər verir ki, bu, Ağdam rayon Novruzlu kənd sakini Aynur Məmmədovadır.

İki uşaq anası olan Məmmədovanı vuran sürücü isə hadisə yerindən qaçıb.

***18.22

Bakı. 26 mart. REPORT.AZ/ Bərdədə piyadanın ölümü ilə nəticələn yol nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə rayonun Gərənə kəndində məcburi köckünlərin məskunlaşdığı qəsəbədə qeydə alınıb.

"Mercedes" markalı minik avtomobili yolu keçmək istəyən yaşlı qadını vurub. Hələlik şəxsiyyəti məlum olmayan qadın hadisə yerində ölüb. Qəzadan sonra sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi