Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun Lənbəran kəndi ərazisində qeydə alınıb.
Belə ki, Gəncə şəhər sakini, 1993-cü il təvəllüdlü Ceyhun Xuduzadə "Hyundai Elentra" markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək yolun kənarındakı kanala aşırıb.
Hadisə nəticəsində sürücü və sərnişinlər - Sadəgül Həsənova, Günel Mirzəyeva, Heyran Həsənova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. S.Həsənova xəstəxanada ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (yol istismar qaydalarını pozma, zərərçəkmişin ölümü ilə nəticələnəndə) maddəsi ilə cinayət işi başlanıb.