Bərdədə avtomobil evakuatordan aşıb - FOTO

Bərdədə avtomobil evakuatordan aşıb - FOTO Hadisə yol qəzasında yararsız hala düşən avtomobilin cərimə meydançasına aparılarkən baş verib
Hadisə
23 May , 2017 14:21
Bərdədə avtomobil evakuatordan aşıb - FOTO
Report.az

Bərdə. 23 may. REPORT.AZ/ Bərdə rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Bakı küçəsi ərazisində qeydə alınıb. 

Belə ki, rayon sakinləri Rəhim Cabbar oğlu Məcidovun idarə etdiyi "VAZ-21015" və Hümbət Mikayıl oğlu Vəliyevin idarə etdiyi "VAZ-2106" markalı avtomobillər toqquşub. Hadisə nəticəsində hər iki sürücü müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Hadisə yerinə Bərdə Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi Bölməsinin (DYPB) əməkdaşları gəliblər. Qəza nəticəsində hər iki avtomobilə ciddi ziyan dəyib və yararsız hala düşən avtomobillər evakuasiya edilib. Cərimə meydançasına aparılan zaman "VAZ-2106" markalı avtomobil evakuatordan aşıb. Hadisə evakuatorun sürücüsünün təhlükəsizlik qaydalarına riayət etməməsi səbəbindən baş verib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi