Bərdədə avtomobil çaya aşıb, xəsarət alan var

Bərdədə avtomobil çaya aşıb, xəsarət alan var Baş Dövlət Yol Polis İdarəsi faktla bağlı araşdırma aparır
Hadisə
15 Mart , 2016 14:24
Bərdədə avtomobil çaya aşıb, xəsarət alan var

Bakı. 15 mart. REPORT.AZ/ Bərdə rayonunda avtomobil çaya aşıb, xəsarət alan var.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.

Belə ki, martın 14-də saat 21 radələrində Bərdə rayonunun Otuzikilər kəndində Ceyhun Aslanov idarə etdiyi “Ford Connect” markalı avtomobili körpüdən Tərtər çayına aşırıb. Nəticədə C.Aslanovun sərnişini Mədinə Ağayeva xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir.

Baş Dövlət Yol Polis İdarəsi faktla bağlı araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi