Bərdədə avtomobil 68 yaşlı atlını vurdu

Bərdədə avtomobil 68 yaşlı atlını vurdu Bərdə rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
2028
12 Sentyabr , 2020 23:47
Bərdədə avtomobil 68 yaşlı atlını vurdu

Bərdə rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Mehdili kəndində qeydə alınıb.

Belə ki, 1952-ci il təvəllüdlü Cəfərov Müslüm İsmi oğlu atla hərəkətdə olarkən onu VAZ-2107 markalı minik avtomobili vurub. Nəticədə M.Cəfərov hadisə yerində ağır bədən xəsarətləri alıb. Yaralı əvvəlcə rayon xəstəxanasına yerləşdirilib, müayinə zamanı ona qapalı kəllə-beyin travması və baş beyin əziyi diaqnozları qoyulub, lakin vəziyyəti ağır olduğundan Bakıda yerləşən xəstəxanaların birinə göndərilib. M.Cəfərov cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi