Bərdədə toy karvanının avtomobili 4 nəfəri vuraraq hadisə yerindən qaçıb: ölən və yaralananlar var - FOTO

Bərdədə toy karvanının avtomobili 4 nəfəri vuraraq hadisə yerindən qaçıb: ölən və yaralananlar var - FOTO Hadisə nəticəsində 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Hadisə
20 avqust 2017 08:34
Bərdədə toy karvanının avtomobili 4 nəfəri vuraraq hadisə yerindən qaçıb: ölən və yaralananlar var - FOTO
"Report"

Bərdə. 20 avqust. REPORT.AZ/ Bərdədə toy karvanında gedən avtomobillərdən biri yol kənarında su içən toy mərasiminin 4 iştirakçısını vuraraq hadisə yerindən qaçıb

"Report"un yerli bürosu xəbər verir ki, hadisə rayonun Yeni Daşkənd kəndi ərazisində baş verib. 

Belə ki, 32-BC-306 dövlət qeydiyyat nişanlı, VAZ-2106 markalı avtomobil hərəkətdə olan zaman sürücü nəqliyyat vasitəsinə idarəetməni itirib. Nəticədə avtomobil yol kənarında su içən piyadaları vurub. 

Nəticədə 1962-ci il təvəllüdlü Məmmədova Ağapəri Möhbalı qızı hadisə yerində dünyasını dəyişib. Digər 3 nəfər: 1993-cü il təvəllüdlü Məmmədov Sərvər Məhəmmədəli oğlu, 1962-ci il təvəllüdlü Səmədova Ayyıldız Sehral qızı və 1955-ci il təvəllüdlü Quliyeva Göyçək Əli qızı ağır bədən xəsarətləri alıblar. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir. 

Qeyd edək ki, yol-nəqliyyat hadisəsini törətmiş sürücü hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi