Bərdədə arvadını boğaraq öldürən şəxsə hökm oxunub

Bərdədə arvadını boğaraq öldürən şəxsə hökm oxunub Bərdədə arvadını boğaraq öldürməkdə təqsirləndirilən Aqil Mustafayevə hökm oxunub və o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Hadisə
27 Yanvar , 2022 10:13
Bərdədə arvadını boğaraq öldürən şəxsə hökm oxunub

Bərdədə arvadını boğaraq öldürməkdə təqsirləndirilən Aqil Mustafayevə hökm oxunub və o, 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

"Report"un xəbərinə görə, bu barədə hökm Gəncə Ağır Cinayətlər Məhkəməsində elan olunub.

Qeyd edək ki, hadisə 2021-ci ilin iyul ayının 25-də Bərdə rayonunda baş verib.

Belə ki, 1983-cü il təvəllüdlü Aqil Mustafayev qısqanclıq zəminində həyat yoldaşı Nərgiz Mustafayevanı əlləri ilə boğaraq qətlə yetirib.

A.Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

Son xəbərlər

Orphus sistemi