Bərdədə ağır yol qəzası olub, ölən və yaralanan var - FOTO - YENİLƏNİB - VİDEO

Bərdədə ağır yol qəzası olub, ölən və yaralanan var - FOTO - YENİLƏNİB - VİDEO Video əlavə olunub
Hadisə
4 Yanvar , 2019 13:34
Bərdədə ağır yol qəzası olub, ölən və yaralanan var - FOTO - YENİLƏNİB - VİDEO

Video əlavə olunub


*** 12:55

Bərdə. 4 yanvar. REPORT.AZ/ Bərdə rayonunda baş verən yol qəzasında ölən və xəsarət alan şəxsin adı məlum olub. 

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, sürücülərdən biri - Bərdə rayon sakini, 1961-ci il təvəllüdlü Yaşar Əmirahov ölüb, digər sürücü Vüqar Hacıyev isə xəsarət alıb. Hazırda Bərdə Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya yerləşdirilmiş yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


*** 11:00

Bərdə rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qarabağ bürosunun verdiyi məlumata görə, hadisə Yevlax-Bəhrəmtəpə avtomobil yolunun rayonun Mirzəxan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, iki "VAZ" markalı avtomobillərin toqquşması nəticəsində sürücülərdən biri hadisə yerində ölüb. Digər avtomobilin sürücüsü isə ağır xəsarətlər alıb. Yaralı Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi