Bərdədə ağır yol qəzası: 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Bərdədə ağır yol qəzası: 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb Ölən və xəsarət alan şəxslərin kimliyi hələlik müəyyənləşdirilməyib
Hadisə
22 Aprel , 2015 20:43
Bərdədə ağır yol qəzası: 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Bakı. 22 aprel. REPORT.AZ/ Bərdədə ölümlə nəticələnən ağır yol qəzası baş verib. "Report"un məlumatına görə, Yevlax-Ağdam magistralının Bərdə rayonunun Gərənə kəndi ərazisində "Mercedes" və "VAZ 2107" markalı iki minik avtomobili toqquşub.

Yerli sakinlərin verdiyi məlumata görə, qəza nəticəsində "VAZ 2107" markalı avtomobilin sürücüsü hadisə yerində ölüb, iki sərnişin isə ağır vəziyyətdə Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza zamanı ölən və xəsarət alan şəxslərin kimliyi hələlik müəyyənləşdirilməyib. 

Son xəbərlər

Orphus sistemi