Bərdədə adam güllələyən şəxsin məhkəməsi başlayır

Bərdədə adam güllələyən şəxsin məhkəməsi başlayır Bərdə rayonunda adam güllələməkdə təqsirləndirilən Fazil İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
16 Oktyabr , 2019 17:25
Bərdədə adam güllələyən şəxsin məhkəməsi başlayır

Bərdə rayonunda adam güllələməkdə təqsirləndirilən Fazil İsmayılovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Məhəmməd Bağırovun icraatında olan iş üzrə hazırlıq iclası oktyabrın 29-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin avqust ayında baş verib. F.İsmayılov Tərtər rayon sakini, 1983-cü il təvəllüdlü Elvin Qəzənfər oğlu Nəcəfova üç güllə atıb.

Ayaq nahiyəsindən yaralanan E.Nəcəfov Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

F.İsmayılova Cinayət Məcəlləsinin 126.1 (qəsdən sağlamlığa ağır zərərvurma) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi