Bərdədə 57 yaşlı sürücü sükan arxasında öldü

Bərdədə 57 yaşlı sürücü sükan arxasında öldü Bərdə şəhərində sürücü sükan arxasında dünyasını dəyişib.
Hadisə
19 Fevral , 2020 22:36
Bərdədə 57 yaşlı sürücü sükan arxasında öldü

Bərdə şəhərində sürücü sükan arxasında dünyasını dəyişib.

“Report”un Qarabağ mərkəzinin verdiyi məlumata görə, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü Kərim Dadaşov “VAZ” markalı avtomobili idarə edən zaman sükan arxasında dünyasını dəyişib.

Nəticədə onun avtomobili piyadaların hərəkət hissəsində yerləşən beton parçasına dəyib.

Avtomobilə yüngül ziyan dəyib. Hadisə yerinə Təcili Tibbi Yardım avtomobili və polis əməkdaşları gəlib.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi